Yuxarı

Dünyaya Ukrayna savaşı iki səbəbə görə "lazımdır"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyaya Ukrayna savaşı iki səbəbə görə "lazımdır"

Rusiyanın Ukraynaya təcavüzü, davam edən müharibə iki məsələyə görə dünya siyasi elitasının bir qisminə tam sərf edir.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu qisim elita hər iki məsələnin həm də lobbiçisi idi:

“1) Pandemiya yaddan çıxdı, müharibə bu məsələnin üstünü örtdü, halbuki 2020-21-ci illərdə, pandemiya zamanı o qədər səhv qərarlar, mənasız qadağalar oldu ki, müharibə olmasaydı, dünya həmin “elitanı” məhşər ayağına çəkəcəkdi, istintaqlar, araşdırmalar, skandallar, hətta böyük səs-küylü həbslər ola bilərdi. İndi isə hamının başı Rusiyanın vəhşiliyinə qarışıb, suallar da, iradlar da, vaksinləşmə kimi mənasız addımlar da yaddan çıxdı. Hətta Çində 3,3 milyard vaksin vurulmasına, absurd qapanmalara baxmayaraq, əhali hər gün yüzminlərlə xəstələnib/sağalandan, təbii immunitet qazanandan sonra vəziyyət düzəldi;

2) Müharibə neft-qaz qiymətlərini kəllə-çarxa çıxardı, hələ bir müddət də qiymətlər çox baha olacaq. Sanksiyalara rəğmən baha neft-qaza görə Rusiya günə 1 milyard dollar pul qazanır, keçən il bu rəqəm 330 mln. dollar idi. Yəni Moskva indi 3 dəfə çox qazanır. Və baha neft-qaz ən çox alternativ enerji lobbisinə lazımdır - neft/qaz baha olmasa, heç kim (özəl sektor) alternativ enerjiyə sərmayə qoymaz, ənənəvi enerji daşıyıcıları mütləq baha olmalıdır ki, alternətiv enerji sahəsi subsiyadan çıxsın, rentabelli olsun. Hələ ki, bu sahə bütün dünyada dövlət sərmayəsi və subsiyadalar hesabına ayaqda qala bilirdi. Bu gün neft, məsələn, 40 dollar, qazın qiyməti, məsələn, hər 1000 m3 üçün 170-200 dollar olsa, heç bir özəl təşəbbüs alternativ enerji layihələrinə 1 dollar da sərmayə yönəltməz, tək dövlət vəsaiti və subsidiyaları ilə isə bu sahəni inkişaf etdirmək mümkün deyil”.

Tarix
2022.06.16 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla