Yuxarı

Türkiyə-Ermənistan müzakirələrinin detalları...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-Ermənistan müzakirələrinin detalları...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi növbəti mərhələyə keçib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu “Hürriyyət”ə Türkiyə Xarici İşlər Nazirliyinin adını açıqlamayan səlahiyyətli diplomat bildirib.

O deyib ki, iyul ayında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan arasında baş tutmuş görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Bu konteksdə texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir.

XİN əməkdaşı xatırladıb ki, xüsusi nümayəndələr 1 dəfə Rusiyanın paytaxtı Moskvada, 3 dəfə Avstriyanın paytaxtı Vyanada görüşüblər. Həmçinin S.Kılıç və R.Rubenyan arasında 500 dəfə telefon danışığı olub.

Diplomat deyib ki, xüsusi nümayəndələr arasında səmimi dialoq mühiti yaranıb: “Erməni siyasəçi Serdar Kılıça telefonla danışan zaman türkcə salam verib. İlk mərhələdə böyük gözləntilər ortaya qoyub, böyük məyusluğa uğramaqdansa, Ermənistanla addım-addım irəliləmək barədə razılığa gəldik. Etimad mühitini artıran addımlar üzərində işlənilir. Bunların arasında humanitaryönümlü addımlar da var. Sərhəd keçidləri mövzusunda məsələlərin həllini tapması üçün daha uzun müddətə ehtiyac ola bilər. Buna meydandakı şərtlər də icazə verməlidir”.

Materialda, həmçinin göstərilib ki, S.Kılıç 7 il Vaşinqtonda səfir kimi çalışıb. 64 yaşında olan diplomat ABŞ-da fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Azərbaycan və Şimali Kiprin hüquq və mənafeləri naminə ciddi addımlar atıb.

Erməni lobbisini ən yaxşı tanıyan və “erməni soyqırımı” iddialarına qarşı ciddi mübarizə aparan Kılıç İkinci Qarabağ müharibəsi vaxtında da Azərbaycanın mübarizəsinə töhfə verib. Səfir FETO, PKK kimi terror təşkilatlarının Türkiyəyə qarşı qarayaxma kampaniyalarına qarşı ABŞ-da ciddi mübarizə aparıb.

Məlumata görə, gənc siyasətçi R.Rubenyan isə hazırda Ermənistan parlamentinin vitse-spikeridir. 32 yaşlı Rubenyan bundan əvvəl Ermənistan xarici işlər naziririnin müavini kimi də fəaliyyət göstərib. O, həmçinin ölkəsindəki “Mülki müqavilə” partiyasının təsisçilərindəndir.

Tarix
2022.08.12 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla