Yuxarı

XİN rəhbəri Britaniya səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri Britaniya səfiri ilə görüşdü

9 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib və iki ölkə arasında enerji, nəqliyyat-tranzit, təhsil və digər sahələrdə mövcud olan əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Ölkələrimiz arasında iqtisadi sahədə əldə olunan nailiyyətlərin olduqca əhəmiyyətli olduğu və Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici investor olduğu vurğulanıb.

Nazir, həmçinin müqabil tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumatlandırıb. Eyni zamanda, bölgədə mina təhdidləri və Üçtərəfli bəyanatların və əldə olunmuş razılıqların Ermənistan tərəfindən yerinə yetirilməməsi faktları diqqətə çatdırılıb.

Səfir Fergus Auld ölkələrimiz arasında müstəqillikdən bəri davam edən sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd olunub. Səfir mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2022.12.09 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla