Yuxarı

İran XİN rəsmisinin İrəvandakı bəyanatı kimə aiddir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran XİN rəsmisinin İrəvandakı bəyanatı kimə aiddir?

İran üçün qonşularla münasibətlərin inkişafı prioritetdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan İran XİN rəhbərinin müavini Əli Bagiri Kani deyib.

O bildirib ki, İran “mehriban qonşuluq” prinsipinə uyğun olaraq, Ermənistanda və regionda stabilliyin və sülhün bərqərar olmasında vacib və xüsusi rol oynayır:

“Erməni həmkarlarımın dəvəti ilə mən hazırda Ermənistandayam. Dünən və bu gün onunla və Ermənistan XİN başçısı ilə çox effektiv müzakirələr apardıq. Bu görüşlərdə İranın regionda sülhün təmin olunmasında sabit mövqeyi qeyd edildi. Həmçinin vurğulandı ki, İran regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında həmişə sabit və etibarlı tərəfdaşdır.

Biz həmçinin qeyd etdik ki, yalnız region ölkələri sülh və təhlükəsizliyin qarantıdır, xarici qüvvələrin mövcudluğu isə bu sülh və sabitliyi təmin edə bilməz, onlar başqa məqsədlər güdürlər”.

Qeyd edək ki, Cənubi Qafqaz regionuna qeyri-region ölkələrin dəvəti məsələsi yalnız İrəvana aiddir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın dəvəti ilə hazırda Ermənistanda AB-nin “mülki missiyası” yerləşir. Bu “mülki missiya”nın tərkibində isə alman polis zabitləri və fransız jandarmaları var.

Bu baxımdan İranın XİN təmsilçisinin konkret ad çəkməyə cəsarət etməməsi, Ermənistanın destruktiv fəaliyyətini dəstəkləməsi, onun işğal siyasətini körükləməsi, SEPAH-ın isə vaxtaşırı olaraq Azərbaycanı hədələməsinin Tehranın regionda qətiyyən “sülh və sabitlikdə vacib tol oynadığı” anlamına gəlmir. Əksinə, hazırda İran regionda təhlükəsizliyə əsas təhdid, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan başlıca qüvvədir.

Tarix
2023.03.22 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla