Yuxarı

SEPAH Bakıya qarşı çarxı ilə özünü ifşa etdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH Bakıya qarşı çarxı ilə özünü ifşa etdi - Video

SEPAH-a bağlı olan İran Teleqram kanalları guya Azərbaycanı hədəf alan daha bir video-çarx hazırlayıblar.

Axar.az xəbər verir ki, son günlər daha çox video-blogerliklə məşğul olan SEPAH təbliğatçılarının bu dəfə Azərbaycana qarşı hazırladıqları çarx əslində özlərini ifşa edib.

Təbliğatçılar “Əliyev, o gündən qorx ki, biz Bakını İrana birləşdirəcəyik – necə ki, Şah Abbas etmişdi”, - sözləri ilə Səfəvilər dövlətinin xəritəsini yayıblar.

Qeyd edək ki, Səfəvilər dövləti – Azərbaycan-türk dövlətidir, qurucusu isə Şah İsmayıl Xətaidir.

Səfəvilər dövlətinin qurulmasında iştirak edən 7 tayfanın hamısı türk tayfası olub və Səfəvilər dövlətinin ordusunu da bu tayfalar təşkil edib.

Səfəvilər dövləti qurulduğu 1501-ci ildən süqut etdiyi 1736-cı ilə qədər bütün şahları Səfəvi nəslindən, türklər olublar.

Bu dövləti İran adı ilə farsların mənimsəmə cəhdi Nizami Gəncəvini mənimsəmək istəklərindən fərqli deyil və ümumiyyətlə, İran fars mollaları son vaxtlar türk mədəniyyəti, ədəbiyyatı və dövlətlərinə iddiaları ilə ermənilərin “oğurluq adətlərinə” şərik olduqlarını nümayiş etdirirlər.

Tarix
2023.03.24 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

İranı sahildən “qovmaq” planı - Tehranın cavabı ağır olacaq...

İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi - Foto

İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla