Yuxarı

Əgər bu addım Rusiya ilə razılaşdırılıbsa... - Rus ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin Rusiya sülhməramlıları ilə razılaşdırılması məsələnin sülh yolu illə nizama salınması planının təcəssümdür.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a Etnik və Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi rəhbəri, rusiyalı politoloq Anton Bredixin bölüşüb.

“Əgər bu addım Rusiya sülhməramlıları ilə razılaşdırılbsa, həqiqətən, çox yaxşıdır. Buna müvafiq olaraq, Rusiya hərbçiləri tərəfindən heç bir iddia və ya ehtiyatlılıq yoxdur. Belədirsə, demək bu, həm də sülh planının təcəssümüdür. Bu addım 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmaların təbii şəkildə reallaşdırılmasıdır”, - Bredixin deyib.

Onun sözlərinə görə, erməni tərəfi bütün bunlara baxmayaraq, de-fakto regionda qüvvələr balansı ilə razılaşır.

“Erməni tərəfinin nəzarət-buraxılış məntəqəsi tikməsinə gəldikdə, qoy tiksinlər. Onlar bununla de-fakto regionda qüvvələr balansı ilə razılaşırlar. Bununla yanaşı, onlar praktik addımların ardından informasiya cəbhəsində ideoloji fəaliyyətə başlayacaqlar. Müəyyən çıxışlar, etirazlar, mitinqlər, “Daşnaksütyun”un Azərbaycan və Türkiyə bayraqlarına qarşı hərəkətləri kimi təxribatlar (bazar günü İrəvandakı məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması nəzərdə tutulur) tamamilə gözləniləndir. Şübhəsiz ki, Ermənistanın baş naziri Paşinyan bunun erməni xalqının hansısa qələbəsi olması barədə danışmayacaq, əksinə, o, özünü təmizə çıxararaq Azərbaycan tərəfini ittiham edəcək. Hərçənd o, faktiki olaraq, hazırkı status-kvo ilə barışır və görünür ki, bu vəziyyəti hansısa hərbi təxribatlar səviyyəsinə qaldırmayacaq”, - deyə ekspert bildirib.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Dövlət Sərhəd Xidməti bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda qeyd edilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib

Tarix
2023.04.24 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla