Yuxarı

İgidyan: Əgər Qazaxın 7 kəndini qaytarsaq… - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İgidyan: Əgər Qazaxın 7 kəndini qaytarsaq… - Video

11:21

Artıq Qarabağda yaşayanların nəsə etmək imkanları azdır. Üstəlik, daha əlverişli şəraiti olan başqa yerdə mənzillər təqdim etməklə, xeyli adama rüşvət verməyə çalışacaqlar... Amma görürük ki, burada daha böyük problem Paşinyanın Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır ki, bunu heç bir Ermənistan hökuməti etməyib. Ən böyük problem odur ki, bu, sözlə deyil, sənədlə təsbit olunmalıdır. Bu isə münaqişənin sonu deyil, yeni mərhələnin başlanğıcıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində ekspert Karen İgidyan Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün mediaya açıqlamasında Azərbaycanın 86,6 min kv.km ərazisinin İrəvan tərəfindən tanındığını, bura Qarabağın da aid olduğunu elan etməsini şərh edərkən deyib.

O iddia edib ki, “münaqişənin ikinci mərhələsi” deyərkən Azərbaycanın hədəflərini böyütməsini də nəzərdə tutur:

“İkinci addım Zəngəzur məsələsi olacaq, sonra İrəvan məsələsi qaldırılacaq. Şübhəsiz ki, Azərbaycan çalışacaq ki, həmin müqavilədə “azərbaycanlılar Ermənistana qayıtsın” bəndi olsun və burada yeni, böyük, güc münaqişəsi yaranacaq”.

Ekspert Paşinyanın anklavları qaytarmaqla bağlı mövqeyinə də toxunub və bildirib ki, əgər 7 kənd Azərbaycanın nəzarətinə keçsə, o zaman Ermənistanın Gürcüstana Tavuşdan keçən yolu olmayacaq.

Tarix
2023.05.23 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla atəşkəsdə Putinin rolu... - Paşinyan

Prezident Xocalı Soyqırımı Memorialının açılışında...

Paşinyan Polşada Azərbaycan və Türkiyədən danışdı

Türkiyə XİN Azərbaycana başsağlığı verdi

Meksikada baş vermiş son hadisələr... - Bayramov

Xocalı faciəsi ötən əsrin soyqırım cinayətidir

Təyyarənin vurulması Rusiya MN-in səhvidir

İlham Əliyev mayda İrəvana gedir? - Bayramov açıqladı

Ermənistanın WUF13-ə dəvət olunub? - Nazir

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla