Yuxarı

Bayramovla Şallenberq arasında görüş keçirildi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramovla Şallenberq arasında görüş keçirildi - Foto

20:29

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşdə Ermənistanın hərbi-siyasi təxribatları barədə danışıb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.

C.Bayramov Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib.

Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr formatının, o cümlədən parlament diplomatiyasının mühüm rolu vurğulanıb. İki ölkə arasında iqtisadi, o cümlədən investisiyalar sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. İki ölkə arasında çoxtərəfli münasibətlərin, xüsusilə ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, mövcud çağırışlar və çətinliklər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinin, hərbi-siyasi təxribatları və mina təhdidini davam etdirməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib.

Aleksandr Şallenberq Avstriyanın Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün siyasi məsləhətləşmələrin əhəmiyyətli platformalardan biri olduğunu bildirib. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərin Avstriya tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2023.06.06 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla