Yuxarı

Erməni sakinləri üçün geniş imkanlar... - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni sakinləri üçün geniş imkanlar... - Bayramov

Bundan sonrakı addımlara gəlincə, biz artıq bu hadisələrin gedişatından da görürük ki, Azərbaycan dövləti bundan öncə də atdığı bütün addımlara sadiqliyini nümayiş etdirir. Burada ən önəmli məqam isə sentyabr ayının 20-də Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində səsləndirdiyi mesajlardır. Həmin mesajlar eyni zamanda dünya ictimaiyyətinə ünvanlanmışdı.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Report-a müsahibəsində deyib.

"Həmin müraciətdə də ölkə başçısı bütün istiqamətlərlə bağlı Azərbaycan dövlətinin humanist və gələcəyə olan baxışını açıqladı. Bu gün də bütün dövlət orqanları tərəfindən atılan addımlar da ona uyğun davam edir. Bu baxımdan Azərbaycan dövləti reinteqrasiya prosesinin həyata keçirilməsində qətiyyətlidir, bunun üçün bütün adekvat addımlar atılır. Hesab edirəm ki, Qarabağın erməni sakinləri də oradakı qanunsuz, cinayətkar xunta rejimindən yaxalarını qurtarandan sonra onlara Azərbaycan ərazilərində geniş imkanlar açılacaq", - nazir əlavə edib.

Tarix
2023.09.23 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla