Yuxarı

AHİM Ermənistanın mövqeyini ifşa etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AHİM Ermənistanın mövqeyini ifşa etdi

Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib.

Axar.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov X-də yazıb.

O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Ovannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R. Ovannisyanın və A.Sərkisyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və “Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəsinə göndərildikləri qeyd edilib.

Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.

E.Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.

Nazirlik rəsmisi xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".

Tarix
2023.11.28 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla