Yuxarı

Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video

İlisu Milli Parkına giriş artıq ödənişli olacaq. Parkın ərazisində yerləşən, hündürlüyü 76 metrdən çox olan Ramramay şəlaləsini ziyarət etmək istəyənlər də bilet almalı olacaqlar.

Axar.az xəbər verir ki, ziyarətçilərin bir qismi girişin pullu olmasını müsbət qarşılamasa da, bəziləri ödənişin məbləğinin yüksək olmadığını və xidmətlərin inkişafına sərf olunmasının məqsədəuyğun olduğunu düşünür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Ramramay şəlaləsi İlisu Milli Parkının turizm və rekreasiya zonasına daxildir və milli parklara giriş bilet satışı sistemi ilə tənzimlənir.

Qərara əsasən, milli parklara giriş haqqı bir ziyarətçi üçün 2 manatdır. Avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə bir saat üçün 50 qəpik, gün ərzində 5 manat ödəniş müəyyənləşdirilib.

Qurumun məlumatına görə, ödənişlər xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasına, biomüxtəlifliyin mühafizəsinə, ekoturizm infrastrukturunun inkişafına və turizm marşrutlarının saxlanılmasına yönəldiləcək.

Daha ətraflı videoda:

Tarix
2026.08.08 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla