Yuxarı

"Qarabağ"da xoşbəxtliyimi itirmişdim - Buntiç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"da xoşbəxtliyimi itirmişdim - Buntiç

"Qarabağ"da oynamaq şansımın olmadığını hiss edirdim. Bəzi oyunlarda yaxşı çıxış etsəm də, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalırdım. Məhz bu da ayrılmaq qərarını verməyimə səbəb oldu. Mən oynamaq və xoşbəxt olmaq istəyirdim. Xoşbəxtliyimi itirmişdim, amma indi onu yenidən tapmışam.

Axar.az xəbər verir ki, bu sözləri Futbolinfo.az saytına açıqlamasında Ağdam təmsilçisinin keçmiş qapıçısı Fabian Buntiç deyib.

29 yaşlı qapıçı Azərbaycanda çıxış etdiyi dövrü dəyərləndirərək burada böyük təcrübə qazandığını bildirib:

"Azərbaycanda yüksəksəviyyəli futbol oynamaq mənə çox böyük təcrübə qazandırdı. İnanıram ki, bu təcrübə gələcək karyeramda mütləq fayda verəcək".

Buntiç "Qarabağ"ın avrokuboklardakı şansına da münasibət bildirib:

"Qarabağ"ın əsas məqsədi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olmalıdır. Ancaq bunu reallaşdırmaq asan olmayacaq. Komandanın qarşısında güclü rəqib var və bu mərhələni keçsələr belə, növbəti raund da çətin olacaq. Bununla belə, futbolda hər şey mümkündür. "Qarabağ" əvvəllər də belə çətin sınaqlardan uğurla çıxıb. Mən də onlara uğurlar arzulayıram".

Portuqaliyanın "Farense" klubuna transferindən danışan qolkiper yeni komandasında özünü xoşbəxt hiss etdiyini vurğulayıb:

"Yeni bir çağırış axtarırdım. Yenidən futbol oynamaqdan zövq almaq və sevincimi geri qaytarmaq istəyirdim. "Farense" bunu mənə yenidən bəxş etdi. Burada olduğum üçün çox xoşbəxtəm. Bu klubu seçməyimin əsas səbəbləri yüksək həyat keyfiyyəti və müntəzəm oynamaq imkanı idi. Mən və ailəm Portuqaliyanı çox sevirik. Qərarımda bu amil də mühüm rol oynadı".

Tarix
2026.08.08 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla