Yuxarı

Obrayen Bakıya bu təkliflə gəlib – Əliyevin cavabı…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Obrayenin Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Və gözlənildiyi kimi, Obrayen Bakıya bu təkliflə gəlib.

Əliyev də Obrayenlə görüşdə Bakının yanaşmasını ortaya qoydu:

- Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər, yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır;

- Bakı Orta Dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır: Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır.

Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir.

Tarix
2023.12.07 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Hacıyev ABŞ-da sülh gündəliyi ilə bağlı müzakirələr apardı

Paşinyan İlham Əliyevin imzasını parlamentdə göstərdi

Ağ Evdə təslim olduqsa, bəs necə kampaniya aparırıq?

Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan

Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı

Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla