Yuxarı

Hafiz Hacıyev daha namizəd olmaq istəmir - Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il fevralın 7-də keçirilməsi gözlənilən növbədənkənar prezident seçkilərinə namizədlər hələ dəqiqləşməyib. İndiyə kimi bir neçə siyasətçinin adı çəkilsə də, onlar rəsmi şəkildə namizədliklərini açıqlamayıblar. Bunlardan biri də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan H.Hacıyev dekabrın 14-də keçiriləcək qurultayda sözügedən məsələnin müzakirə ediləcəyini deyib.

“Amma mən namizədliyimi irəli sürməyəcəm. Müasir Müsavat Partiyasından kiminsə seçkilərdə iştirakı isə idarə heyətinin iclasında məlum olacaq. Lakin partiyada da seçkilərlə bağlı narazılıqlar var. Müxtəlif bəhanələrlə iştirak etmək istəmirlər.

Mənim namizədliyimi irəli sürməməyimin səbəbləri var. Belə ki, bəzi qüvvələr bütün uğursuzluqların günahını məndə görür. Guya mən namizədliyimi versəm, özünü müxalifət adlandıran qüvvələrə qarşı gedəcəm. Bu bəhanələri əldən almaq, qınağa tuş gəlməmək üçün bu addımı atıram. Özünü ana müxalifət adlandıranlar namizədliyini irəli sürsün. Onda görəcəyik mövcud uğursuzluqlarda kimin adını çəkəcəklər. Biz dövlətçiliyi müdafiə edən partiyayıq və sona qədər də belə davam edəcəyik”, - partiya sədri qeyd edib.

Tarix
2023.12.13 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bizim İsrailə xüsusi rəğbətimiz var - General

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla