Maksim Qalkinin Bakı gəzintisi - Foto
22:35
| Ana səhifə Siyasət |
|
Şikayətlər həm seçicilər, həm namizədlər tərəfindən olur.
Axar.az xəbər verir ki, bunu Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, şikayətlər hər zaman ciddi əsaslara söykənmir:
“Bəzən vətəndaşlar emosional olaraq şikayətlər edirlər. Bəzən isə şikayətlər siyasi motivlər əsasında olur, biz buna da şahid olmuşuq. Bütün hallarda şikayətləri araşdırıb ədaləti əks etdirən nəticəyə gəlmək əsas məqsədimizdir".
R.Qasımov əlavə edib ki, 2006-cı ildən bəri MSK-ya daxil olan şikayətlərə baxılması ilə bağlı beynəlxalq təşkilatlatla birgə sənəd hazırlanıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
|
Tarix
2023.12.25 / 10:36
|
Müəllif
Axar.az
|