Yuxarı

Nikol mövqe seçdi: Fransız silahı, Zelenskinin səfəri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol mövqe seçdi: Fransız silahı, Zelenskinin səfəri

Zelenskinin səfəri haqda xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu bəyan edib.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan erməni mediasına açıqlamasında 4 martda Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər edəcəyi haqda mediada yayılan məlumatı şərh edərkən deyib.

O bildirib ki, Zelenskinin səfəri barədə məlumat Paşinyanın Paris səfərindən sonra səslənib:

“Düşünürəm ki, Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı açıqlama Ermənistanın hansı düşərgədə olduğuna aydın şəkildə qərar verməsi ilə bağlıdır. Silah siyasətdir, texnologiyadır. Əslində, bu iki hadisənin - Zelenskinin səfəri və silah tədarükü ilə bağlı açıqlamaların eyni vaxtda olması təsadüf deyil.

Paşinyan paralel olaraq, KTMT ilə münasibətləri dondurduğunu da açıqlayıb. Təbii ki, hüquqi baxımdan belə bir ifadə yoxdur. Həmin bəyanat manipulyasiyadır, lakin manipulyasiyanın mənası belə idi: biz KTMT-dən çıxmırıq, amma Qərb üçün bəyanatlar veririk”.

Politoloq bildirib ki, bu, Qərbdən sifariş edilən bir aksiyadır:

“Nikol Paşinyan Ermənistanın bütün siyasətini alt-üst edib. Onun hərəkətləri nəticəsində Ermənistan çətin vəziyyətə düşüb. Onun əməlləri nəticəsində minlərlə itki və itkilər verdik. Bundan sonra onun əməllərindən danışmaq belə mənasızdır”.

Tarix
2024.02.24 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla