Yuxarı

BTQ-dən Niderlanda cavab: Assimilyasiya siyasəti...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-da Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə qəbul edilib, ölkənin xarici işlər naziri bu qətnamələrə dəstək verib. Niderland parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşası ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur.

Axar.az xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun mövzu ilə bağlı bəyanatında yer alıb.

“Öz müstəmləkəçilik siyasətini Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Sabada davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq onları niderlandlılarla əvəzləyir, yerli əhalinin nümayəndələrinə ikinci dərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland parlamentini bu ölkənin Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland hökumətinə çağırış etməyə dəvət edirik.

Bu xüsusda, törədilmiş və bu gün də davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb olunması üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik.

Bundan əlavə, Avropa Birliyi ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik.

Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı irəli sürülən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik”, - bəyanatda qeyd olunub.

Tarix
2024.10.13 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

İnanılmaz: Netanyahu Baş Qərargah rəisini də yola salır

Qallant vəzifədən çıxarıldı, İsrail qarışdı – Təcili

İsrailin baş xəfiyyəsi: Qallant qovuldu, təbrik edirəm!

100-dən çox lider iştirak edəcək: Makron da Bakıya gəlir?

Səfirimiz Putinə təşəkkür etdi

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla