Ana səhifə Toplum |
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhər sakini olan 2 nəfər hesabına ümumilikdə 1000 manat ödədikləri şəxsin onları aldadaraq həmin vəsaiti ələ keçirməsi barədə polisə müraciət edib.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən 37 yaşlı R.Mehtiyeva müəyyən edilərək saxlanılıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 73000 manatını, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 4500 manatını, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakininin 3000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 28 yaşlı T.Əsədli, 29 yaşlı K.Məmmədova və əvvəllər məhkum olunmuş 55 yaşlı Q.Məmmədova müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Tarix
2024.12.21 / 12:14
|
Müəllif
Axar.az
|