Yuxarı

Bakı şərtini elan etdi: AŞPA-ya qayıda bilərik…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı şərtini elan etdi: AŞPA-ya qayıda bilərik…

Bu yaxınlarda Avropa Şurasının baş katibi səviyyəsində Azərbaycan xarici işlər naziri ilə ABŞ-da BMT Baş Assambleyasının toplantısında görüş keçirildi. Bu görüşdə qarşılıqlı dialoq haqqında müzakirələr aparıldı. Amma bunun üzərindən bir neçə gün keçdikdən sonra AŞPA-da Azərbaycanla bağlı “dinləmələr” baş tutdu, almaniyalı ermənipərəst deputat Frank Şvabe kimiləri Azərbaycana qarşı əsassız dinləmələr təşkil etdi.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-a geniş müsahibəsində deyib.

O bildirib ki, bu dinləmələrdə birtərəfli mövqe sərgiləmək və əsassız olaraq dialoqdan çəkinmək, beynəlxalq davranışlara zidd yanaşmalar üstünlük təşkil etdi.

S.Seyidov vurğulayıb ki, Azərbaycan heç vaxt hansısa qurum, təşkilat, dövlətlə münasibətləri pozmaqda maraqlı deyil:

“Ölkəmiz özünə qarşı olan qeyri-obyektiv mövqeyə milli maraqlar çərçivəsində cavab verir. Bir daha bəyan edilib ki, AŞPA özünün qərəzli mövqeyindən əl çəkərsə, Azərbaycan normal müstəvidə əməkdaşlığa hazırdır. Bu heç də şəxsiyyətlərarası münasibətlər deyil. Söhbət dövlətlər, təşkilatlararası münasibətlərdən gedir. Ona görə də AŞPA öz mövqeyində korrektələr edəcəksə, Azərbaycanla təzyiq dilində danışmağın mümkünsüzlüyünü başa düşəcəksə, proseslər qaldığı yerdən davam edə bilər. Çünki qarşı tərəf nəhayət anlamalıdır ki, Azərbaycan özünün milli maraqlarını hansısa siyasi konyukturaya qurban verməyəcək”.

Tarix
2024.10.14 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla