Yuxarı

Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada yeni oyun qaydaları bərqərar olacaq, yeni “Podstam”, “Yalta”, “Helsinki” baş tutacaq. Bu sürəcdə ən vacib məsələ odur ki, Cənubi Qafqazda hər 3 respublika eyni cərgədə, səfdə yer alsın. Əgər elə olmasa, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, sülh mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, əgər yeni düzəndə ABŞ və Rusiya eyni cərgədə yer alsa (təəccüblənməyin, hətta bu ehtimal da var – hər ikisi Çinə və İrana qarşı olan cərgədə yer ala bilər), bölgəmizdə qarşıdurma açıq yox, gizli gedəcək:

“Yox əgər ABŞ və Rusiya fərqli cəbhələrdə yer alıb, möhkəmlənib, koalisiyalar qurmağa davam etsələr, o zaman Cənubi Qafqaz yeni, daha kəskin qarşıdurma məkanına çevriləcək ki, buna yol vermək olmaz.

Dünən Rusiya və İran strateji müttəfiqlik müqaviləsi bağladı, bu sənədin iki mənası var: əgər Rusiya ABŞ-la anlaşsa, həmən İranı satacaq və ya, İran ABŞ-la anlaşsa, Rusiyanı satışa çıxaracaq. Yox əgər hər ikisi ABŞ-la anlaşa bilməsə, “biz müttəfiqik” deyib, səf tutacaqlar.

Azərbaycan Cənubi Qafqazda yönünü açıq və sənədlərlə bəlli edən yeganə ölkədir – Türkiyə ilə strateji müttəfiqlik, hərbi-siyasi, iqtisadi inteqrasiya, məsələlərə və problemlərə birgə baxış. Türkiyə həm də NATO ölkəsidir – bunu da unutmamaq lazımdır.

Gürcüstan hələ də qərbyönümlü ölkədir, indi Qərblə problemli dövrüdür, amma içi-içə olduğu dövrdə belə, 2008-də Qərb Gürcüstanı qorumadı, qoruya bilmədi. Gürcüstan indi təhlükəsizlik “çətiri” axtarır və “çətir” dəqiq Rusiya deyil, ola bilməz. Deməli, Gürcüstan üçün də Türkiyə eyni rolu oynaya bilər, həm də ona görə ki, Gürcüstanın ən böyük ticarət tərəfdaşı, ən çox investisiya qoyan ölkələrdən biri məhz Türkiyədir. 2024-cü ildə Gürcüstanın Türkiyə ilə ticarət dövriyyəsi 2,5 mlrd. dollar olub ki, bu da açıq-ara 1-ci yer deməkdir. Əgər Azərbaycan-Gürcüstan ticarət və investisiya əlaqələrini də Türkiyə ilə münasibətlərin üzərinə gəlsək, Türkiyə-Azərbaycan tandemi Gürcüstanın 1 nömrəli ticarət tərəfdaşı, 1 nömrəli investoru, 1 nömrəli vergi ödəyicisidir. Yəni, təbii olaraq, Türkiyə və Azərbaycan dost Gürcüstanda sabitliyin və inkişafın, sülhün olmasını ən çox istəyən ölkələrdir. Dolayısı ilə Türkiyə Gürcüstanın təhlükəsizlik çətiri ola bilər, bunun üçün orqanik şərait var.

Qalır Ermənistan – bu ölkə vurnuxur, 150-200 illik “rus çətiri” dəlmə-deşik olub, işləmir, amma Ermənistan bu gün Cənubi Qafqazda Rusiyadan bütün sahələrdə ən çox asılı olan, Rusiyanın asanlıqla “boğa” biləcəyi yeganə ölkədir. Rusiyanın Ermənistanda olduğu qədər heç bir Cənubi Qafqaz ölkəsində iqtisadi aktivləri, agentura şəbəkəsi, siyasi və ictimai təşkilatları yoxdur. Ermənistan bunu AB və ABŞ ilə kompensasiya etmək istəyir – çətin, hətta mümkünsüz yoldur. Ermənistan dərindən düşünüb özləri üçün yazdıqları və buna inandıqları tarixi yaddaşa söykənmədən reallıqları görə bilsə, bu ölkə üçün də təhlükəsizlik çətiri Türkiyə ola bilər, hətta olacaq da. Sadəcə, bunu nə qədər tez anlasalar, o qədər yaxşı olar, həm özləri “çabalamazlar”, həm də Cənubi Qafqaza dayanıqlı sülh, iqtisadi rifah gələr və NATO ölkəsi olan Türkiyənin Cənubi Qafqazda Rusiyanın maraqlarını Azərbaycanla birgə necə son illər “baltalayıbsa”, elə də tamamən sıxdırılmasında əsas “rolu” gözəl ifa edə bilər.

Bu həm də elə Qərbin istəyinə uyğundur, yəni Ermənistan Qərbə ancaq Türkiyə üzərindən inteqrasiya oluna bilər və Türkiyəni Qərb kimi qəbul edib davansa, yaxşı olar”.

Tarix
2025.01.18 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Hakan Fidan Bakıya gəldi

Britaniya parlamentində Qanlı Yanvarla bağlı təşəbbüs...

Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin!

Kimsə məhkəməyə təzyiq göstərə bilməz - Şəfiyev

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla