Yuxarı

İlham Əliyev Yohan Eliaşı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yohan Eliaşı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu deyib.

Yoxan Eliaş rəhbərlik etdiyi Federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışıb.

Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2025.02.23 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan söz verib, etməsə, savaş olacaq - Vardanyan

23 fevral “ölüb”, “qırxı” və “ili” də çıxıb – Anlayın!

Mask ABŞ-ın tarixi müttəfiqini təhqir etdi – Nə baş verir?

İlham Əliyev 3 ölkənin liderlərini təbrik etdi

Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan

Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb

“Yumşaq güc” reytinqi açıqlandı: Azərbaycan neçəncidir?

5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı

Döyüş mövqelərində vəziyyət nə yerdədir? - MN

Si Kremldən şübhələndi - Tramp istəyinə çatır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla