
Bu ölkə özünün PUA ordusunu yaradır
16:40
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
10:54
Bərdədə 15 nəfər dəm qazından zəhərlənib.
Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində baş verib.
Kənddə keçirilən yas mərasimində iştirak edən şəxslərin 15 nəfərində halsızlıq və qusma baş verib. Onların bir qismi şəxsi, digərləri isə təcili yardım avtomobili ilə Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, zəhərlənmə diqanozu ilə xəstəxanaya daxil olan 15 nəfərdən biri - Əsmər Əfqan qızı Hüseynovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Zəruri tibbi yardım göstərilən və vəziyyətləri qənaətbəxş olan 14 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Tarix
2025.02.23 / 14:45
|
Müəllif
Axar.az
|