Yuxarı

Almaniyada “Alman Tramp” hakimiyyətə gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada “Alman Tramp” hakimiyyətə gəldi

Almaniyada parlament seçkilərinin nəticələrinə görə, Olaf Şoltsun partiyası Sosial Demokratlar Partiyası məğlub olub. 29 faiz səslə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) ittifaqının lideri Fridrix Merz yeni kansler olacaq. “Alman Tramp” adlandırılan Merz sərt proqramları ilə seçilir, xüsusilə miqrantlara qarşı.

Merz Ukraynaya dəstəyi ilə tanınır, lakin seçkidən öncə - Tramp-Putin danışıqlarından sonra onun “Avropanın bir gün Rusiya ilə yaxşı münasibətləri bərpa etmək üçün cidd-cəhdlər göstərməli olacağı” haqda açıqlaması da diqqət çəkirdi. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir, lakin Merzin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır, çünki onun üçün hazırki prioritet koalisiya hökumətini formalaşdırmaq və Almaniya ilə bağlı proqramlarını həyata keçirməkdir.

Seçkilərdə əsas diqqətçəkən məqam isə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının ilk dəfə rekord səs (20 faiz) qazanaraq, ikinciliyə yüksəlməsidir. Dörd il əvvəl AfD cəmi 9,7 faiz səs toplamışdı. CDU/CSU daha az səs toplayan digər partiyalarla koalisiyaya gedərək, AfD-nin hakimiyyətdə təmsil olunmasına imkan verməyəcək, lakin ifrat sağçıların yüksəlişi Almaniya siyasətində dönüş nöqtələrindən biri ola bilər. Və bu nəticə digər Avropa ölkələrindəki ifrat sağçıların da yüksəlişini stimullaşdıra biləcək amillərdəndir. Bu yüksəliş AB-nin gələcəyini, ümumilikdə Avropanın güc mərkəzi olmaq strategiyasını da təhlükə altına atır.

Trampın hakimiyyətə gəlişi fonunda Avropada ifrat sağın yüksələcəyi gözləntiləri özünü doğruldur. Bu, Trampın - respublikaçıların Avropanı qeyri-ənənəvi metodlarla nəzarətdə saxlamaq siyasətidir.

Tarix
2025.02.24 / 00:06
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla