Yuxarı

Türkiyədə kütləvi aksiyalar: nəticə nə ola bilər? – Türk ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə kütləvi aksiyalar: nəticə nə ola bilər? – Türk ekspert

Türkiyə küçə nümayişləri ilə iqtidarın dəyişdirilməsinin çətin olduğu ölkələrdən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında türk politoloq Həsən Oqtay İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları ilə saxlanılmasına görə Türkiyənin böyük şəhərlərində keçirilən etirazları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Əkrəm İmamoğlunun prezident seçilmək şansı kifayət qədər aşağıdır:

“2028-ci il seçkiləri üçün Əkrəm İmamoğlunun CHP-nin namizədi olmağa çalışması siyasi gündəmin əsas mövzularındandır. Lakin prezident seçkilərində qalib gəlmək üçün 50+1 səs lazımdır. Bu baxımdan İmamoğlunun yalnız CHP-nin namizədi kimi qalib gəlməsi çətindir. Türkiyədə seçicilərin 70%-i milliyyətçi və mühafizəkar, 30%-i isə sosial-demokrat və marksist baxışlıdır. Bu vəziyyətdə İmamoğlunun təkcə CHP namizədi kimi seçilmə şansı yoxdur”.

Politoloq vurğulayıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində 2 dəfə qalib gələn İmamoğlu bu uğurunu prezidentlik yarışında istifadə etməyə çalışır:

“O, əlindəki iqtisadi güc və media vasitələri ilə özünü yaxşı tanıtmağı bacarıb. Lakin Türkiyə yalnız İstanbuldan ibarət deyil”.

H.Oqtay həmçinin beynəlxalq ictimaiyyətin İmamoğlunun lehinə mövqe tuta biləcəyini qeyd edib:

“Türkiyədə demokratiya və insan haqları ilə bağlı beynəlxalq tənqidlər artır. Xüsusilə, Avropa Birliyi ilə əlaqələrin normallaşmağa başladığı bir dövrdə bu cür siyasi gərginliklər ölkənin imicinə təsir edə bilər”.

Qeyd edək ki, 19 martda Əkrəm İmamoğlu saxlanılıb və bunun ardınca qardaş ölkədə İBB başqanının azadlığı tələbi ilə aksiyalar keçirilir. Etirazlar 2013-cü ildəki “Gəzi Parkı” hadisələrindən sonra ən böyük kütləvi aksiyalar kimi qiymətləndirilir.

Tarix
2025.03.22 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla