Yuxarı

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!"

Tarix
2025.03.28 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Mehriban Əliyeva soyqırımla bağlı paylaşım etdi

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

Prezidentdən Soyqırım Günü ilə bağlı paylaşım

Türkiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla