Yuxarı

Yunan məmurdan Azərbaycanla bağlı bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunan məmurdan Azərbaycanla bağlı bəyanat

Azərbaycanla Yunanıstanın baxışları üst-üstə düşür və ikitərəfli münasibətlər böyük potensiala malikdir.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin Baş katibi Dimitris Skalkos bu ölkənin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda danışıb.

O qeyd edib ki, Yunanıstan dialoq, dostluq, yaxşı qonşuluq münasibətləri və beynəlxalq hüquq əsasında mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir:

“Bu prinsiplər və dəyərlər bu gün və sabah dünyada bizim yol göstəricimizdir. Məhz bu prinsipləri və dəyərləri Yunanıstan 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müdafiə edir. Gələcəkdə bizi gözləyən çoxsaylı əməkdaşlıqlar var. Bu məqamda mən xüsusilə xarici işlər naziri Ceyhun Bayramova, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevə səfirliyimizlə mükəmməl əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm”.

Tarix
2025.04.03 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla