Yuxarı

Əliyevə Sərkisyanın bu mesajını Zərif çatdırıb - Nə xahiş edib?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevə Sərkisyanın bu mesajını Zərif çatdırıb - Nə xahiş edib?

İranın keçmiş xarici işlər naziri Cavad Zərif 2021-ci ildə Ermənistan Prezidenti Armen Sərkisyanın Prezident İlham Əliyevə ünvanladığı mesajı Bakıya gətirdiyini açıqlayıb.

Müharibənin başa çatmasından bir neçə ay sonra Zərif İranın xarici işlər naziri kimi regiona səfər edib. O, İrəvanda Armen Sərkisyanla əvvəlcə geniş tərkibdə, daha sonra təkbətək görüşüb. Zərif bildirir ki, təkbətək görüşdə Sərkisyan ondan mesajını İlham Əliyevə çatdırmağı xahiş edib.

Mesaj bundan ibarət olub: “28 il əvvəl biz güclü idik, Azərbaycan isə zəif idi. Biz Qarabağı aldıq, sizi (azərbaycanlıları – red.) alçaltdıq, sizinlə danışıq aparmadıq. Biz sizi 28 il rüsvay etdik və bu günə düşdük. Bizim səhvimizi təkrarlamayın”.

Sərkisyan bununla Qarabağın işğal edildiyini və azərbaycanlılara qarşı mənəvi və insani dəyərlərə sığmayan addımlar atdıqlarını etiraf edir, müharibədə məğlub olmuş ölkəsi üçün Əliyevdən mədət diləyir.

Bu mesaj ermənilərin mahiyyətini aydın şəkildə ifadə edir: güclü olanda fərqli, zəif olanda fərqli. Onlar məğlub olduqlarına görə törətdiklərini etiraf edir və eyni aqibətlə üzləşməmək üçün mədət diləyirlər. Nə vaxtsa güclü olsalar, yenə eyni siyasəti yürüdəcəklər. Təkcə bu fakt zəruri edir ki, Bakı İrəvanla sülh sazişinə dönə-dönə baxsın və heç nə almadan ermənilərə sülh verməyin nə Azərbaycana, nə regiona müsbət perspektiv vəd etmədiyini unutmasın.

Tarix
2025.04.11 / 15:43
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla