Yuxarı

Regionda de-fakto sülh var - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Regionda de-fakto sülh var - Hacıyev

Cənubi Qafqaz regionunda de-fakto sülh var.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

“Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”, – o bildirib.

Eyni zamanda, o, Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb:

“Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”.

Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb:

“Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.

Tarix
2025.05.18 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla