Yuxarı

Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 may 2025-ci il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a XİN-dən məlumat verilib.

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin inkişaf dinamikası haqqında fikir mübadiləsi aparılıb, bu il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu bildirilib.

Son illərdə yüksək səviyyəli səfər mübadilələrində müşahidə olunan canlanma təqdir edilib, siyasi dialoqun intensivliliyinin təmin edilməsi məqsədilə bu səfərlərin davam etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra iqtisadi-ticarət sahəsində, o cümlədən ənənəvi və alternativ enerji sahələrində aparılan əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, humanitar minatəmizləmə sahəsində həyata keçirilən layihələr haqda danışılıb, bu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmi qeyd olunub.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, qarşıya çıxan maneələr və sülh sazişi istiqamətində son yeniliklər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həmçinin Xorvatiyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib və Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş konfransda çıxış edib.

Tarix
2025.05.21 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla