Yuxarı

Bakı ilə Mexiko arasında mühüm müzakirə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarına səfər edib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Meksika Xarici İşlər Nazirliyinin Çoxtərəfli Əlaqələr və İnsan Hüquqları məsələləri üzrə nazir müavini Enrike Oçoa Martinez, Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda və Meksikanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) görüşlər keçirilib.

Nazir müavini Enrike Oçoa Martinez ilə keçirilən görüşdə beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Meksika arasındakı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Y.Rəfiyev meksikalı həmkarını Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, eləcə də qarşıdan gələn dövrdə çoxtərəfli platformalarda Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə keçiriləcək tədbirlər barədə ətraflı məlumatlandırıb.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib, bu çərçivədə Azərbaycanın COP29-a sədrliyinə dair fikir mübadiləsi aparıb.

Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda ilə keçirilmiş görüşdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə etdiyi tarixi nailiyyətlər vurğulanıb, bu xüsusda Azərbaycanın uğurlu sədrliyi təqdir edilib.

Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) keçirilmiş görüş zamanı 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda formalaşmış yeni reallıqlar konteksində Azərbaycanın regionda artan rolu və həyata keçirdiyi çoxşaxəli xarici siyasət, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin təşəbbüsləri və fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə aparılmış danışıqların məzmunu və əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.

Tarix
2025.05.24 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Qacarların da varisi sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla