Yuxarı

Azərbaycana qarşı dezinformasiya savaşı... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qarşı dezinformasiya savaşı... - Hacıyev

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.

O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı:

“Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əks-arqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.

O qeyd edib ki, bu informasiya hücumunun kulminasiyası 44 günlük Vətən müharibəsi oldu:

"Biz Azərbaycana qarşı geniş miqyaslı dezinformasiya kampaniyalarının şahidi olduq. Lakin Azərbaycan jurnalistləri və kütləvi informasiya vasitələri təkcə dəqiq faktlar və məlumatlar təqdim etmirdilər - onlar Azərbaycana və onun xalqına qarşı qurulmuş bütün yalan sistemini dağıtmaq uğrunda mübarizə aparırdılar. Məmnuniyyətlə qeyd edirəm ki, peşəkarlıq, birlik və beynəlxalq əməkdaşlıq sayəsində biz bu informasiya mübarizəsində uğur qazana bildik", - Hacıyev vurğulayıb.

Tarix
2025.07.20 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla