Yuxarı

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

Rusiya ilə Azərbaycan arasında hərbi eskalasiya ehtimalı yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla məlumat yayıb.

“Rusiyanın Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”, - məlumatda qeyd olunub.

Mənbə bildirib ki, Rusiyanın son illər Cənubi Qafqazda mövqeləri zəifləyib, lakin bu il proseslər daha da sürətlənib:

“Türkiyə və ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq təşəbbüsünü ələ keçiriblər, İranın regionda təsiri kəskin şəkildə azalıb, Türkiyə “Qazprom”u regiondan sıxışdıracaq multiqaz qovşağı qurur. Türkiyə Abxaziyaya marağını artırır. Rusiya Cənubi Qafqazdan sıxışdırılır ki, bu da daxili gündəmə təsir edəcək. “Qafqaz məsələsi” yaxın onillikdə Rusiyanın əsas qaynar nöqtəsinə çevrilə bilər”.

Tarix
2025.07.20 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla