Yuxarı

Diqqət: Qızınızı belə tərbiyə edin - 10 nüans

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Qızınızı belə tərbiyə edin - 10 nüans

Qız uşaqlarının ən çox təsirləndiyi şəxslər analarıdır.

Axar.az anaların qızlarını tərbiyə edərkən fikir verməli olduğu 10 nüansı təqdim edir:

1. İşiniz haqda söhbət edərkən deyinməyin

Ona sevdiyi bir işdə işləməyin önəmini başa salın. Öz işinizi sevdiyinizi görən qızınız da sevdiyi işdə çalışmağı öyrənəcək.

2. Səsinizin tonunu yüksəltməyin

Ona problemlər qarşısında veriləcək reaksiyanın qışqırıb-bağırmaq olmadığını göstərin.

3. Pəhriz saxlamayın

Sağlam qidalanmağı həm özünüzün, həm qızınızın həyat tərzi olaraq müəyyənləşdirin.

4. İstədiyiniz kimi geyinin

Qızınıza özünü xoşbəxt hiss edəcəyi geyimləri alın. Gənc olarkən modaya uyğunlaşmağı deyil, daxilindən gələn tərzə uyğun geyinməsini aşılayın.

5. Əylənərkən sosial qayğılarınızı kənara qoyun

Qızınıza əylənmək necə olur, onu göstərin. Kənardan necə göründüyünü deyil, özünü necə hiss etməyinin önəmini vurğulayın.

6. Dostlarınızla tez-tez görüşün

Ona rəfiqələri ilə yaxın münasibətin vacib olması mövzusunda örnək olun və təbii ki, ən yaxın dostu siz olun.

7. Güclü qadın olun

Özünüzə kifayət edəcək qədər güclü olun. Qızınızın da sizə əsaslanaraq, güclü olmasını təmin edin. "Güclü" sözünün anlamını öz duruşunuzla ona aşılayın.

8. Onun həmsöhbəti olun

Qızınızla zaman keçirərkən onunla həmyaşıd kimi söhbət edin.

9. Qanunlar qoymayın

Qanunlar tərtib etmək əvəzinə, qızınızın öz qanunlarını özünün tərtib etməsi üçün ona yardımçı olun. Həyatını özü qoyduğu qanunları ilə yaşaması hər şeydən vacibdir.

10. Bütün qızlar analarına bənzəyir

Öz gözəlliyinizin fərqində olun. Çünki siz özünüz haqqında nə düşünsəniz, qızınız da özü barəsində onu düşünəcək. Güzgüyə baxdığınız zaman qüsurlarınızı deyil, başınızdakı görünməz şahzadə tacını görün. Öz gözəlliyiniz haqda hiss etdikləriniz qızınızın gözəllik anlayışına da təsir edir.

Tarix
2016.11.18 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Real sülh, yoxsa 60 günlük fasilə... - İran müharibəsi bitib?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla