Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25,
30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində
mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik
nəticələrini açıqlayıb.
TQDK-dan Axar.az-a verilən xəbərə görə, imtahanlarda 104476
nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak
edib.
Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin
Azərbaycan dili fənnindən 20911 nəfəri (20.06%) "2", 47937 nəfəri
(45.98%) "3", 21715 nəfəri (20.83) "4", 13694 nəfəri (13.13) "5",
Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25.31%) "2", 39687 nəfəri
(37.99%) "3", 19411 nəfəri (18.58%) "4", 18940 nəfəri (18.13) isə
"5" qiymət alıb.
Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən
şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18.34%)
"2", 16512 nəfəri (19.56) "5", Riyaziyyat fənnindən 16038 nəfəri
(18.96%) "2", 17026 nəfəri (20.13%) "5", Xarici dildən 19908 nəfəri
(23.72%) "2", 17011 nəfəri (20.27%) "5", Kimya fənnindən isə 186
nəfəri (27.64%) "2", 42 nəfəri (6.24) isə "5" alıb.