Yuxarı

Astarada ər 22 yaşlı arvadını döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada ər 22 yaşlı arvadını döydü

Astara rayonunda gənc qadın həyat yoldaşı tərəfindən döyülüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və vəziyyəti kritikdir.

Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib.

Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.06.15 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla