Yuxarı

Kirayə yolla mənzil sahibi olmaq istəyənlərin nəzərinə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən yaşayış kompleksində 256 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Fonddan Axar.az-a bildirilib ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır.

Yeni mənzillər seçim üçün avqustun 27-si saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi yutub kanalından, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7786 kirayə müqaviləsi bağlanılıb.

Tarix
2025.08.20 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Səlcuq Bayraqdar yenə rekord qırdı

17 maddəlik sülh sazişinin əsas elementi budur…

Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...

Bayramov ispaniyalı həmkarı ilə danışdı

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Pekin və Dehli ABŞ-a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Stiven Dauti Azərbaycana gələcək

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla