Yuxarı

Bakıda 12 yaşlı uşaq amansızlıqla döyüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əqli cəhətdən zəif olan yeniyetmə oğlan 12 yaşlı tanışını xüsusi amansızlıqla döyüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Səmədzadə küçəsində baş verib.

2008-ci il təvəllüdlü Məsud Ağayev (soyadı şərtidir) əqli inkişafdan qaldığından özündən kiçik oğlanlarla söhbət edib, onlarla danışıb. 9-cu sinfə qədər internat məktəbində böyüyən Məsudu anası götürüb evinə gəlib və məhəllələrindəki oğlanlarla münasibət qurmağa icazə verib.

Məsud məhəllədə özündən yaşca balaca olan Elgünlə tanış olub və onunla münasibət qurub. Bir müddət sonra Məsud məhəllədəki Anar və Xəyal adlı azyaşlılara pul verərək, mağazadan nəsə almağı xahiş edib. Azyaşlılar mağazaya getmək istəsələr də, Elgün onlara - "getməyin, o gicdir, internatda böyüyüb", - deyib. Elgünün bu sözünə əsəbiləşən Məsud onu vurub oturduğu velosipeddən yıxıb. Daha sonra o, Elgünü yerdə təpikləyib.

Elgün aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və məlum olub ki, azyaşlının dalağı partlayıb. Əməliyyat yolu ilə Elgünün dalağı kəsilərək bədənindən xaric edilib.

Faktla bağlı cinayət işi başlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun xəstə və yeniyetmə olduğunu nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.

Tarix
2025.08.23 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi

Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu

Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik

Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - Video

Bu, Ermənistanın müstəqilliyinin ləğvi deməkdir - Nikol

Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...

Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

Liderlər mətbuata birgə bəyanatla çıxış etdilər - Foto

Üç türk ölkəsi liderlərinin iştirakı ilə sənədlər imzalandı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla