Yuxarı

Bu, Ermənistanın müstəqilliyinin ləğvi deməkdir - Nikol

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Ermənistanın müstəqilliyinin ləğvi deməkdir - Nikol

Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəaları ziddiyyətlidir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, bəyannamə qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib, (separatçı) “Qarabağ” hərəkatının möhürünü daşıyıb:

“Bəyannamənin əsas ideoloji müddəaları ziddiyyətlidir, 1950-ci illərdən Sovet İttifaqı tərəfindən tədricən, amma ardıcıl olaraq bizə aşılanan kollektiv vətənpərvərlik modelini ifadə edir. Sovet İttifaqının biz ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modeli İkinci Dünya müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini ifadə edirdi. Digər tərəfdən, bu model Ermənistan SSR-də mövcud olan vətənpərvərlik hisslərinin respublika ərazisindən kənara çıxarılmasını (işğalçı məqsədlər naminə - red.) təmin etmək məqsədi daşıyırdı. Bu ideologiya onilliklər ərzində kitablar, filmlər, tamaşalar vasitəsilə aşılanıb və “Qarabağ” hərəkatına (işğal və separatizmə – red.) gətirib çıxaran da məhz bizim sosial-psixologiyamızdır. Biz hamımız həmin - SSRİ-nin formalaşdırdığı sosial-psixologiyanın 90-cı illərdə Ermənistan Respublikasında formalaşmış nəsillərə ötürülməsinin daşıyıcısı idik və həmin sosial-psixologiyanın dərin və şüuraltı məqsədi Ermənistanın timsalında real kontekstdə müstəqil dövlətin mövcudluğunu strateji cəhətdən mümkünsüz etmək idi.

Baş nazir kimi əlimdə olan məlumatlar və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir qənaətə çatdırdı ki, biz “Qarabağ” hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”.

Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsi davam etsəydi, Ermənistan müstəqilliyi və dövlətçiliyini itirəcəkdi:

“Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və bu müstəqilliyi reallığa çevirmək üçün strategiya qəbul etmişik və bu strategiyanın ifadəsi Real Ermənistanın ideologiyasıdır ki, bununla Ermənistanla Azərbaycan arasında sülh, Türkiyə ilə real dialoq mümkün oldu”.

Tarix
2025.08.23 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla