Yuxarı

Şəhid jurnalistlərin medalları ailələrinə təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində onların ailə üzvlərinə təqdim edilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, bir qrup media mənsubunun da iştirak etdiyi tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin bölgələrə ezam olunmuş, 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olan jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışov xalqımızın yaddaşında daim fədakarlıq nümunəsi kimi qalacaq.

Hər iki şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılmasında, hərbi-vətənpərvərliyin təbliğində və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqda fərqlənən bir qrup media nümayəndələri də tədbirdə təltif ediliblər.

Tarix
2025.08.27 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov

Əliyevlə Putin Çində görüşəcək? - Peskovdan açıqlama

Prezident Rusiya ilə münasibətlərin korlanmasından danışdı

Axı, necə belə nankor olmaq olar?!

Bu yolu zorla ələ keçirə bilərdik, amma dayandıq... - Prezident

Deyirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək...

Ermənistanı anlatmaq üçün çox vaxt sərf etdik... - Prezident

Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev

O prezidentlə eyni qanı daşıyırıq - Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla