Yuxarı

Xocalıda kənd sakinlərinə əkin təyinatlı torpaqlar verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı rayonunun Ballıca kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlanıb.

Axar.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sakinlərin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi maarifləndirici təlimlər keçirib, onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib:

"Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub. Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib. Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək".

Məlumata əsasən, bu günədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib.

"Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər. Qeyd edək ki, bu günədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib".

Tarix
2025.08.27 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov

Əliyevlə Putin Çində görüşəcək? - Peskovdan açıqlama

Prezident Rusiya ilə münasibətlərin korlanmasından danışdı

Axı, necə belə nankor olmaq olar?!

Bu yolu zorla ələ keçirə bilərdik, amma dayandıq... - Prezident

Deyirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək...

Ermənistanı anlatmaq üçün çox vaxt sərf etdik... - Prezident

Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev

O prezidentlə eyni qanı daşıyırıq - Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla