Yuxarı

Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq?

Əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardan qızıl-gümüş, əmlak, avtomobil və s. fiziki formada mövcud olanlar müsadirə olunardı. İndi isə dövran dəyişib. DTX açıqlayıb ki, cinayət predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub və məhkəmə qərarı ilə icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldirilib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

“Hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da, güman ki, söhbət Bitkoin və ya “Ethereum”dan, həmçinin də ölkəmizdə populyar olan “Binance” və ya BitGet birjalarından gedir. Qlobal birjalar da adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər.

Görəsən motiv nə olub?

DTX-nin açıqlamasında bu haqda məlumat verilmir.

Təxmin etmək olar ki, DTX hansısa mütəşəkkil dəstənin kiber cinayətini araşdırarkən bu cinayətin törədilməsində kriptovalyutalardan istifadə edildiyini, onların birja hesablarında xeyli kriptonun olduğunu müəyyənləşdirib. Qanunvericilikdə də cinayət prosesində əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur.

Xatırladıram ki, bu, Azərbaycan tarixində ilk belə hadisədir ki, hansısa cinayət işi üzrə kriptovalyutaya məhkəmə qərarı ilə həbs qoyulub və müsadirə olunub.

Düşünürəm ki, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır.

Xatırladıram ki, hələlik ölkəmizdə virtual aktivlər haqqında qanun qəbul edilməyib. Bir müddət öncə Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi adı çəkilən qanun layihəsinin hazırlanmaqda olduğunu bildirmişdi.

Bəs görəsən müsadirə olunan kriptovalyutanın taleyi necə olacaq?

Beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir.

Buradan belə qənaətə gəlmək olar ki, birazdan Ədliyyə Nazirliyinin portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək gərək təəccüblənməyək”, - deyə O.Gündüz qeyd edib.

Tarix
2025.08.27 / 12:42
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan-İran sərhədi ilə bağlı yenilik

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla