Yuxarı

Süni intellekt artıq falçıları əvəz edir... – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellekt artıq falçıları əvəz edir... – Ekspert

Süni intellekt xərc tələb etməməsi və əlçatan olmasından dolayı həm maddi, həm də mənəvi olaraq insanların ehtiyaclarını qarşılayan platformaya çevrilib. Ancaq insanlar texnologiyadan tam məlumatlı olmadığı üçün xoşagəlməz hadisələrdə süni intellekt faktorunu da görürük. Mütəxəssislərin fikrincə, bu hallara səbəb insanların süni intellektdən fərdi yanaşma gözləyib, yanlış məsləhətlər almasıdır.

Məsələ ilə bağlı Axar.az-a danışan kliniki psixoloq Aydan Sabirli insanların süni intellektdən seans əvəzi istifadə etməyə çalışmalarının normal olmadığını deyib.

“Hər insan, hər münasibət, hətta hər psixologiya fərqlidir. Heç bir münasibətin dinamikasını heç bir süni intellekt qərarlaşdıra və yön verə bilməz. Süni intellekt kimə nə deyəcəyini seçmədən, psixoloji durumunu, həssaslıq dərəcəsini nəzərə almadan hər sözü deyir. Ruhu olmayan, hiss etməyən bir texnologiya həssas mövzuya qərar verə bilməz.

İnsanların robota aşiq olmasına gəldikdə isə qeyd edim ki, bu öz ehtiyaclarının qarşılanması ilə əlaqədardır. Aşiq olmanın sevgidən fərqi də elə məhz insanın öz ehtiyaclarının qarşılandığı halda qarşı tərəfə hiss edilən duyğudur. Robot insanı dinləyir, cavablandırır, dəstəkləyir, istədiyi anda əlçatan mövqedə qalır, ittiham etmir. Bu da həmin şəxsə cavab verənin robot olduğunu unutdurur.

Nəzərə almaq lazımdır ki, süni intellekt insan beyninin məhsuludur. İnsan beynindən daha sürətli olsa belə, daha güclü olması mümkün deyil və insanla işləmək üçün sadəcə sürətə və bol məlumata yox, ruha ehtiyac var”.

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev isə deyib ki, süni intellekt insanların həyatına yalançı inanclar gətirir:

“Necə ki, əvvəlki dövrlərdə insanlar falçı yanına gedib öz həyatını, taleyini onların dediyinə uyğun qururdu, indi də süni intellektə müraciət edirlər. İndiki halda insanlar süni intellektin “məsləhəti” ilə öz doğmaları ilə münasibətlərini tənzimləyirlər. Ancaq insanlar bunu anlamalıdır ki, həmin proqramlar alqoritm əsasında ümumi informasiya verir. Ona görə də fərdi münasibətlərə və insanlara doğru yanaşa bilməz. Hətta bəzi insanlar insan orqaniziminin fərqli və fərdi olduğunu nəzərə almadan süni intellekt vasitəsi ilə özlərinə resept hazırlayırlar. Bu da böyük xətalara səbəb ola bilər. Hesab edirəm ki, süni intellekt hər nə qədər faydalı olsa da, qlobal səviyyədə böyük təhdid yaradır.

Yaxşı haldır ki, artıq Azərbaycanın da süni intellektlə bağlı strategiyası təsdiq olunub. Çox güman ki, tədqiqat institutları da yaradılacaq və süni intellektin istifadəsinə nəzarət olunacaq”.

Tarix
2025.09.02 / 09:15
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla