Yuxarı

AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuş təhlükəsizliyinin idarə olunmasının təkmilləşdirilməsi və məsuliyyət mədəniyyətinin gücləndirilməsi məqsədilə Bakıda “AZAL Uçuş Təhlükəsizliyi Günü” (“AZAL Flight Safety Day”) adlı tədbir keçirib.

AZCON Holdinqin nümayəndələri, AZAL-ın rəhbər heyəti, Milli Aviasiya Akademiyasının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və digər tərəfdaş qurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksək təhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadının möhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirdi.

Böyük Britaniya Mülki Aviasiya İdarəsinin (“UK Civil Aviation Authority”, UK CAA) dəstəyi ilə keçirilən tədbirdə spikerlər sırasında beynəlxalq səviyyəli mütəxəssislər – Böyük Britaniya Mülki Aviasiya İdarəsinin təhlükəsizlik və hava məkanının tənzimlənməsi üzrə direktoru Cankarlo Buono, təhlükəsizlik idarəçiliyi və insan‑təşkilati amillər üzrə tanınmış ekspert Saymon Roberts yer alıblar.

Spikerlər şirkətdə təhlükəsizlik üzrə korporativ mədəniyyətin formalaşdırılmasında qabaqcıl yanaşmalar barədə məlumat verib, bu sahədə şəffaflıq, məsuliyyət və liderliyin gündəlik fəaliyyətin ayrılmaz hissəsi olduğunu xüsusi vurğulayıblar.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev çıxış edərək uçuş təhlükəsizliyinə həsr olunmuş bu tədbirin AZAL üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Bu təşəbbüs yalnız rəhbər heyətimizin peşəkar bacarıqlarını gücləndirmir, həm də məsuliyyət və şəffaflıq mədəniyyətinin davamlı inkişafına dəyərli töhfə verir. Bu prinsiplər aviasiya təhlükəsizliyi sistemimizin əsasını təşkil edir və AZAL-ın etibarlı, təhlükəsiz beynəlxalq hava daşıyıcısı kimi nüfuzunu möhkəmləndirir”, - deyə S.Rzayev bildirib.

Qeyd edək ki, təlim proqramı, ümumilikdə uçuş təhlükəsizliyi sahəsində liderlik bacarıqları, müsbət korporativ mədəniyyətin formalaşdırılması, dəyişikliklərin effektiv idarə olunması, insan amilinin təhlükəsizlik sisteminə inteqrasiyası, təhlükəsizlik idarəetmə sisteminin (SMS) səmərəliliyinin artırılması və digər əsas mövzuları əhatə edib.

“AZAL Uçuş Təhlükəsizliyi Günü” tədbiri həm təcrübə mübadiləsi üçün platforma, həm də rəhbərliyin məsuliyyəti və əməkdaşların fəal iştirakı əsasında təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüs olub.

Tədbirlə bağlı hazırlanmış videoçarxı bu linkdən izləyə bilərsiniz: https://youtu.be/Zv7B4BnyYEU.

Tarix
2025.09.04 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla