Yuxarı

"Tərtər işi": Təqsirləndirilən şəxslərlə bağlı qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərtər işi" ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb.

Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra onların barəsində olan hökmü Bakı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.09.05 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək? - Atanesyan

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi

Bakıda həbsdə olan rusiyalılarla bağlı açıqlama

“Alfa” AZAL təyyarəsinə görə neçə milyon ödəyib?

13 Rusiya vətəndaşının azadlığa buraxılması... - Rəsmi Bakı

AZAL təyyarəsinə görə Rusiya təzminat ödəyib? - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla