Yuxarı

Rusiya qəzaya görə ödəniş edib? - Hökumənin atası danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl sığorta ödənişi edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın ödənişlər həyata keçirməsi ilə bağlı iddialarını yalanlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi yalan məlumat paylaşır:

"Qəza baş verən andan bu günə kimi bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Səsləndirilən rəqəmlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı səmasında Rusiya HHM qüvvələrinin atəşinə məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazı verilmədiyindən Qazaxıstana üz tutan təyyarə zədələnməsi səbəbindən Aktau hava limanı yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2025.09.05 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək? - Atanesyan

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi

Bakıda həbsdə olan rusiyalılarla bağlı açıqlama

“Alfa” AZAL təyyarəsinə görə neçə milyon ödəyib?

13 Rusiya vətəndaşının azadlığa buraxılması... - Rəsmi Bakı

AZAL təyyarəsinə görə Rusiya təzminat ödəyib? - XİN

Ərdoğan Azərbaycana gəlir - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla