Yuxarı

Adəm Məmmədov azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili İmran Ələkbərov məlumat verib.

Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o, bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Tarix
2025.09.05 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi

Bakıda həbsdə olan rusiyalılarla bağlı açıqlama

“Alfa” AZAL təyyarəsinə görə neçə milyon ödəyib?

13 Rusiya vətəndaşının azadlığa buraxılması... - Rəsmi Bakı

AZAL təyyarəsinə görə Rusiya təzminat ödəyib? - XİN

Ərdoğan Azərbaycana gəlir - Detallar

Rutte Putini aşağıladı: Qubernatordur, ciddiyə almayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla