Yuxarı

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini, Kremlin əsas ruporlarından olan Konstantin Zatulin Moskvanın Bakıya qarşı düşmən siyasətinin əsl səbəblərini etiraf edib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Zatulin “Lenta.ru” saytına müsahibəsində Azərbaycanla münasibətlərin normallaşmasına “pis sülh müharibədən yaxşıdır” prinsipi ilə yanaşıb. Lakin əlavə edib ki, “bu o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir”.

Zatulin açıq şəkildə etiraf edib ki, Rusiyanı qıcıqlandıran Azərbaycanın müstəqil xarici siyasətidir.

“Azərbaycan öz istiqaməti ilə gedir. Bu, Qarabağın alınmasından (işğaldan azad edilməsi-red) və 2023-cü ildən sonra daha açıq şəkildə ortaya çıxdı. Azərbaycan Ermənistana daha az milli hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə planlarını həyata keçirib. O vaxt Rusiya ilə əməkdaşlığa ehtiyac var idi. Lakin Bakının planları reallaşan kimi Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı. Xüsusilə Ermənistana təzyiqlər, Zəngəzur dəhlizi, amerikalıların, israillilərin və digərlərinin regiona cəlb edilməsi Rusiyanın maraqlarına uyğun gəlmir. Üstəlik, Türkiyə və Azərbaycanın strateji müttəfiqliyi təkcə ikitərəfli deyil, həm də gələcəkdə böyük Turanın qurulmasına, Mərkəzi Asiya və Rusiyanın bəzi türk bölgələrinə nüfuz etməyə hesablanıb”, - o iddia edib.

Zatulinin bu iddialarının Kremlə məxsus olduğu sirr deyil. Görünür, Rusiya tərəfi bu cür qondarma iddialarla Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır. Lakin Zatulinin dedikləri həm də Rusiyanın qorxularını da ortaya çıxarır, o cümlədən, Moskvanın Bakıdan əslində nələr istədiyini – Zəngəzur dəhlizinin rusların istəyinə uyğun açılması, Türkiyə ilə strateji müttəfiqliyin aradan qalxması, müstəqil siyasətin aparılmaması və s. – anlamağa imkan verir.

Tarix
2025.09.05 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla