Yuxarı

Beyləqanda kafedə atışma: iki nəfər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:28

Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma olub, iki nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Məlumata görə, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün tədbirlər görülür.

***

Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın xəbərinə görə, rayonun Şahsevən qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Natiq Tofiq oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Zamiq Nurəli oğlu Fərzəliyev Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Ceyhun Rza oğlu Əhmədov isə hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

Bu gün saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

"Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda vurğulanıb.

Tarix
2025.09.06 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

Overçukdan Zəngəzur açıqlaması: Moskva hesab edir ki...

Dehli təkzib etdi: Azərbaycana blok qoymadıq, amma...

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla