Yuxarı

Hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki... - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki... - Sədr

Su istehlakının 70%-dən çoxu kənd təsərrüfatı təyinatlıdır. Bizim içməli suyumuz istifadə etdiyimiz suyun sadəcə 6%-ni təşkil edir, qalanı sənaye və digər istiqamətlər üzrədir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Abşeron yarımadasının digər bölgələrində, hətta Bakının bəzi rayonlarında su rejimlə verilir:

"Bununla bağlı çox böyük proqramlar hazırlanır. Şəbəkələrin yenilənməsi, su mənbələrinin yaradılması istiqamətində tədbirlər görülür. Hazırda suyun duzsuzlaşdırılması layihəsi həyata keçirilir. Həmçinin, suyun təkrar istehsalı, ondan təkrar istifadə istiqamətində işlər aparılır. Bu tədbirlər tamamladıqdan sonra ölkədə həm suyun miqdarı artacaq, həm də şəbəkə olduqdan sonra insanları su ilə rahat təmin edə biləcəyik".

"Bütün hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki, suyu israf etməliyik", - deyə sədr əlavə edib.

Tarix
2025.09.11 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla