Yuxarı

Expressbank Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Expressbank növbəti dəfə Bilik Günü ərəfəsində ucqar kənd məktəblərində birinci sinfə başlayacaq uşaqları məktəb ləvazimatı ilə təmin edib.

Bankın təşəbbüsü ilə növbəti dəfə həyata keçirilən “Aydın sabahlar” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Lənkəranın Günəhir, Moloja, Türkəncil və Bəliton ucqar kənd məktəblərində 2025-2026-cı tədris ilində birinci sinfə başlayacaq uşaqların məktəb ehtiyacları qarşılanıb. Tədbir Lənkəran – Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Lənkəran rayonu İ. Hüseynov adına Osaküçə kənd tam orta ümumtəhsil məktəbində keçirilib.

Həmçinin Bank korporativ sosial məsuliyyət çərçivəsində əhalinin müxtəlif yaş qruplarının maliyyə savadlılığının artırılması istiqamətindəki fəaliyyətinə daha bir əhəmiyyətli addım əlavə edərək sözügedən uşaqların ilkin maliyyə biliklərinin formalaşdırılması məqsədilə onlara “İstəklər və ehtiyaclar” mövzusunda praktiki seminar təşkil edib. Belə ki, uşaqlar qısa zamanda istəkləri və ehtiyacları arasındakı fərqləri mənimsəyərək qənaət və büdcədən səmərəli istifadə haqqında öyrəniblər.

Bununla yanaşı, Expressbank azyaşlıların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA – nın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirdiyi "Ömərin ödəniş kartı ilə tanışlığı" adlı kitabçanı uşaqlara təqdim edib. Bank əməkdaşları uşaqları kitabçada keçən hekayə ilə tanış edib və ödəniş kartı ilə davranma qaydaları haqqında onlara məlumat verib.

Qeyd edək ki, Expressbank sosial məsuliyyətinə sadiq olan maliyyə qurumu olaraq daim korporativ sosial məsuliyyət çərçivəsində ardıcıl tədbirlər həyata keçirir. Xüsusən, təhsilə dəstək və ucqar kənd məktəblərindəki uşaqların gələcəyinə ümid və sağlam zəmin yaratmaq məqsədilə, artıq iki ildir ki, “Aydın Sabahlar” layihəsi uğurla həyata keçirilir və Bank bildirir ki, bu istiqamətdə ardıcıl tədbirlərə davam edəcək.

Tarix
2025.09.12 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama

Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı “xəbərdarlıq” etdi

Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?

Ərdoğanın müavini Naxçıvana gəlir

Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator

ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Kılıç

Petrosyandan təklif: Zəngəzuru belə adlandıraq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla